Ru
00:11 / 07 Dekabr 2024

“Telegram”ın təsisçisi Paris məhkəməsində dindirildi

“Telegram”ın təsisçisi Paris məhkəməsində dindirildi
Eye

“Telegram”ın təsisçisi Pavel Durov Fransada ona qarşı açılmış məhkəmə işi ilə bağlı ilk dəfə Paris məhkəməsində ifadə verib.

Bakupost.az xəbər verir ki, bu haqda AFP adını çəkmədiyi mənbəyə istinadən xəbər verib.

Agentlik qeyd edib ki, bu gün Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqəsinin araşdırılması ilə bağlı hakim tərəfindən dindirilib. Durov iki vəkilin müşayiəti ilə yerli vaxtla saat 10:00-da Paris məhkəməsinə gəlib.

O, Fransa ədalətinə güvəndiyini bildirib. Lakin iş və ona qarşı irəli sürülən ittihamlarla bağlı əlavə şərh verməkdən imtina edib.

Xatırladaq ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar