Qax rayonu İ.Dağıstanlı küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verib.
Bakupost.az xəbər verir ki, hadisə yerinə Qax rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı 1976-cı il təvəllüdlü Əhmədov Vüqar Əhməd oğluna məxsus “Tofaş” markalı minik avtomobili tamamilə yanaraq yararsız vəziyyətə düşüb.