Ru
09:15 / 30 Avqust 2026

Tənqidçidən Sabir Rüstəmxanlı barədə çağırış: “İşığa daş atmayaq”

Tənqidçidən Sabir Rüstəmxanlı barədə çağırış:  “İşığa daş atmayaq”
Eye

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir Xalq şairi Sabir Rüstəmxanlı ilə bağlı paylaşım edib.


O, Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və milli-ictimai düşüncəsindəki yerindən danışaraq, şairə qiymət verməyin belə çətin olduğunu bildirib:

“Sabir Rüstəmxanlı xalqın danışan dilidir. “Ömür kitabı” ömrümüzün kitabıdır. “Qan yaddaşı” qan yaddaşımızdır. “Ana dili” ana dilimizdir. “Vətən” vətənimizdir.

Sabir bəyə nəinki tənqidi, hətta təqdiri qiymət vermək də bizim səlahiyyətimiz xaricindədir. O, klassik ziyalı obrazının çağdaş təcəssümüdür.

O, tribunalarda şir kimi nərə çəkəndə bəziləri girməyə deşik axtarırdı. Onun bir sözü ilə meydanlar dəniz kimi çalxalanırdı. Onun rəhbərliyi ilə dərc olunan “Azərbaycan” qəzeti 70 illik sovet zülməti içində bir işıq idi!

İşığa daş atmayaq! Tarixi unutmayaq!”


Şərhlər
  • Mirzə Yusif

    Haqlı sözə nə deyəsən?!. Sabir Rüstəmxanlı milli soyumuzun yetirdiyi nadir şəxsiyyətlərdən biridir. İstər şair-publisist, istərsə ictimai-siyasi xadim kimi Sabir müəllimin Vətən, Xalq qarşısında göstərdiyi xidmətlər ölçüyəgəlməzdir, danılmazdır!

  • Firdovsi Orucov

    Yaltaqlıq çoxların qanına elə hopub ki,onu özünə peşə edənlər var.

  • Füzuli Əfqanoğlu

    Kaş ədəbiyyatımızın digər tanınmış simaları da S.Rüstəmxanlı kimi nərə çəkməyi bacaraydı.

  • B.Kolxozdar

    Sovet Üstqurumunun digər icmalardan çox yox, Konstitusion bir fərqi vardı: İstehsal və digər sosial-iqtisadi münasibətlərdə bərabər ədalətli bölüşmə hüququ! Elə yetmiş il keçməmiş qüvvədə olan Konstitusion hüququn belə müxtəlif yozma və *deformasiya*dan ciddi, bəzi reallıqlarda kəskin iddiasına ehtiyaclar, tərsinə iddialarla da, elə Sosial Məslətə qarşı da püskürməyə başlamışdı? *Sovetskaya Türkologiya* neçə il dərc edildi və bir neçə millətçinin atmaca-iradına görə ortaq dil, ərəb, latın, ya universal əlifba belə qəbul edilmədi? Məqalə tərtibatçısı nədənsə, Müəllifin (Şərqdən Qərbə pay kimi???) ikiyə bölünmüş *Zəngəzur* müsahibəsinə-zəmanəsinə cürət etməyib? SSRİ özünü 26.12.1991ci il tarixindən ləğv edib!? Bəs, qalan Siyasi-hüquqi dünya aləminin 28 May 1918 ci il tarixindən tanınıb, qeydə alınmış Azərbaycan XC (ADR) həmin ilkin Konstitusion ərazi bütövlüyü və digər ayrılmaz haqq-hüquqlarının bərpası üçün hansı beynəlxalq hüquq təşkilatlarına, məhkəmələrinə rəsmi müraciələrinə hansı cavabları alıb? Həmin iddialara cavablar mübariz Şairi qane edirmi?

  • Rizvan

    Müəllifə dərin təşəkkürümü bildirirəm, var olun! Əksəriyyətimiz ürəyindən keçənləri qələmə almısız! Sabir Rüstəmxanlı haqqında söz demək üçün böyük bir ömür yolu keçmək lazımdır.

  • Kazım Əziz

    O işıqdısa mən nuram,odurki Sabir Rüstəmxanlı mənə baxmağa cəsarət edə bilmədi, məni olduöum kimi görə biləmdi .zəlimxanı çağırdım düz getdi vasin məmmədəliyev mıni göstərib Arif Paşayevə nə pıçıldadısa kişi üz döndərdi məndən,mənə ona qədər təşəkkür edirdi.rəşid mahmudov gədəbəyli yerlisi şamil ayrıma barəmdə nə dedisə şamil prezidentlə görüşdü məni ona təqdim etmədən 6 şubat türkiyəyə çatan kimi zəl zələ yaxaladı türkiyəni.qənirə ,baloğlan, nübariz mənsimov adnan oktar,adnan əhmədzadə ,arye qut, haydar baş və jirenovski kimi 100 lərlə məhşurun taleyi mənə münasibıtlə bağlığın şahiddləri və sənədlərlə sübutlarım var .Çünki mən Quranda belə adı keçən 1962 doöulduğu rəsmən elan olunan ,hzçİsanın dəmir əsalarla göndəriləcək dediyi Uteşitel də Xramoy Qonçar da Messiya da mənəm

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar