Ru
15:34 / 29 Mart 2024

Terrorda ölənlərin sayı 144-ə yüksəldi

1056
Rusiyanın paytaxtı Moskvada törədilən terror aktında həyatını itirənlərin sayı 144-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Moskvada jurnalistlərə açıqlamasında martın 22-də “Crocus City Hall” konsert salonunda törədilən terror aktı nəticəsində yaralananların müalicəsinin davam etdiyini bildirib.

Müalicə alanlardan birinin bu gün dünyasını dəyişdiyini bildirən Muraşko, "Təəssüf ki, vəziyyəti son dərəcə ağır olanlardan biri dünyasını dəyişdi. Həkimlər mümkün olan hər şeyi etdi", deyə bildirib.

Muraşko qeyd edib ki, 69 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.


Martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zalda avtomat silahlarla təsadüfi atəş açdıqları görülüb.

Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin ələ keçirildiyini açıqlayıb.

Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər