Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib.
Bakupost.az xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.
Əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verməsilə bağlı məlumat daxil olub.
Bu barədə Bakupost.az- a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb