Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:00 / 15 Oktyabr 2024

Tezliklə İrana zərbə endirəcəyik - İsrailin müdafiə naziri

2116
İsrailin müdafiə naziri Yoav Qalant oktyabrın 1-də baş tutan raket hücumuna cavab olaraq tezliklə İrana zərbə endirəcəyini vəd edib.

Bakupost.az “The Times of Israel”ə istinadən xəbər verir ki, nazir bunu Qəzza zolağında saxlanılan girovların qohumlarıilə görüşündə deyib.

Nəşr yazır ki, Qalant onlarla görüündə İsrailin İranın hücumuna “tezliklə cavab verəcəyini” və bunun "dəqiq və ölümcül cavab olacağını" bildirib.

Bundan əvvəl "Kan" dövlət televiziya və radio şirkəti İsrailin baş naziri Binyamin Netanyahunun Qalant və digər əsas nazirlərlə İrana hücumun parametrləri və vaxtı ilə bağlı razılığa gəldiyini, İsrail Nazirlər Kabinetindən yekun təsdiqin gözləndiyini bildirmişdi.

Qeyd edək ki, oktyabrın 1-i axşam saatlarında İran HƏMAS, "Hizbullah" və İslam İnqilabı Keşikçiləri Korpusunun (İran silahlı qüvvələrinin elit bölmələri) rəhbərliyində olan əsas şəxslərin öldürülməsinə cavab olaraq İsrailə geniş raket hücumu həyata keçirib. Tehran bildirib ki, raketlərin 90%-i nəzərdə tutulan hədəfləri uğurla vurub. Lakin İsrail tərəfi iddia edir ki, İran 180-ə yaxın raket atıb və onların əksəriyyəti ələ keçirilib. İsrail Baş Qərargahı hücuma cavab verəcəyini vəd edib. Öz növbəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin bu halda İsrailə qarşı cavab zərbələrinin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar