Ru
11:13 / 12 İyul 2025

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - VİDEO

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - VİDEO
Eye

Məlum olduğu kimi, beş il əvvəl - 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində hücuma keçdilər. Atıcı silahlar, minaatanlar və ağır artilleriya qurğularından istifadə edən düşmən Tovuzun Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərini atəşə tutdu.

Düşmənə qarşı dərhal cavab tədbirləri görüldü. İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam etdi və Ermənistan silahlı qüvvələri bölmələrinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və yüzədək canlı qüvvəsi məhv edildi.

Bakupost.az Tovuz döyüşləri zamanı Azərbaycan ordusunun "IAI Harop" kəşfiyyat-zərbə PUA-ları ilə Ermənistan Hərbi Hava Qüvvələrinin obyektlərini məhv etməsinin görüntülərini təqdim edir.


Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar