Ru
21:01 / 27 Noyabr 2024

Tovuzda dəhşətli qəza: 6 nəfər öldü -YENİLƏNDİ

Tovuzda dəhşətli qəza: 6 nəfər öldü -YENİLƏNDİ
Eye

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.

Ölənlərin arasında hərbçilər də var.

Hadisə yerinə Tovuz RPŞ-nin əməkdaşları cəlb olunub.

***
Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Bakupost.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər. Hadisə yerində vəziyyət qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobil ilə VAZ-2106 markalı avtomobil toqquşub. Deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış insanların olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək "Mercedes" avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər hadisə yerində təhlükəsizlik tədbirləri görüblər. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar