Ru
13:59 / 02 May 2025

Tramp İranla enerji ticarəti edən ölkələri hədələdi

Tramp İranla enerji ticarəti edən ölkələri hədələdi
Eye

ABŞ Prezidenti Donald Tramp İranın neft və neft-kimya məhsullarının alınmasının tamamilə dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu çağırışa əməl etməyən ölkə və ya şirkətlərin dərhal sanksiyalara məruz qalacaqlarını bildirib. Onlara ABŞ ilə istənilən formada ticarət əlaqəsi qurmağa icazə verilməyəcək.

"İranla istənilən formada enerji alqı-satqısı edənlər ABŞ-ın sanksiyalarına məruz qalacaq və bizimlə heç bir şəkildə iş görə bilməyəcəklər", - deyə Tramp öz sosial şəbəkəsində qeyd edib.

Vaşinqton administrasiyası, İranın neft satışını hədəf alan yeni tədbirlər çərçivəsində 7 şirkətə sanksiya tətbiq edib. Bu şirkətlərdən 4-ü Birləşmiş Ərəb Əmirliklərində, biri isə Türkiyədə yerləşir.

Digər tərəfdən, ABŞ Müdafiə naziri Pit Heqset də İranı Husilərə ciddi dəstək verməkdə ittiham edib. O, “Nə etdiyinizi bilirik. ABŞ ordusunun nələrə qadir olduğunu siz də bilirsiniz. Xəbərdar edirik və bədələni bizim seçdiyimiz zaman və məkanda ödəyəcəksiniz” deyə İrana sərt xəbərdarlıq edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi isə ABŞ-ı müzakirələrin davam etdiyi bir vaxtda təxribat xarakterli bəyanatlar və ziddiyyətli addımlar atmaqda ittiham edib.

Zəhra Məlikova,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar