Ru
23:17 / 18 Fevral 2025

Tramp Kiyevə dəstəyi dayandıra bilər - Ekspert

Tramp Kiyevə dəstəyi dayandıra bilər - Ekspert
Eye

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin razılığa gəlmək istəmədiyinə inanarsa, Ukraynaya yardımı kəsə bilər.

Bakupost.az xəbər verir ki, bunu TASS müxbiri ilə söhbətində amerikalı politoloq və analitik Con Kavuliç deyib.

Onun fikrincə, indi “Zelenski, dünya onun ideyalarına uyğun gəlmirsə, sülhün əleyhdarı kimi görünməyə təhlükəli dərəcədə yaxındır”.

Kavuliçin əlavə edib ki, əgər Tramp Zelenskinin “mübarizəni davam etdirmək istədiyi üçün sülhə qarşı olduğuna inanarsa, o zaman Vaşinqton Ukrayna hökumətinə dəstəyi dayandıracaq”.

Ekspert deyib ki, Trampın bəyanatları onun “ticarət, iqtisadiyyat, maliyyə və siyasi məsələlər üzrə danışıqlar aparılması üçün hərbi əməliyyatların mümkün qədər uzun müddətə dayandırılmasını” istədiyini göstərir.

Zaur, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar