Ru
18:24 / 17 İyul 2025

Tramp Putini diz çökdürə bilər - Zelenski

 Tramp Putini diz çökdürə bilər - Zelenski
Eye

Yalnız sərt təzyiq Kremli güzəştə getməyə məcbur edə bilər və ABŞ prezidenti Donald Tramp buna qadirdir.

Bakupost.az xəbər verir ki, bu fikri New York Post-a müsahibəsində Vladimir Zelenski səsləndirib.

Zelenskinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin silahlı münaqişəyə son qoymaq üçün kompromisə hazır deyil.

Eyni zamanda, o vurğulayıb ki, Tramp Rusiya liderini “diz çökdürmək” gücünə malikdir və bu, Rusiyada “ictimai partlayış”a səbəb ola biləcək sərt məhdudlaşdırıcı tədbirlərin sürətləndirilməsi ilə mümkün ola bilər.

“O, bunu hiss etməlidir”,- deyə Zelenski bildirib.

Zelenski həmçinin qeyd edib ki, Ağ Ev rəhbərinə sanksiyalara verdiyi dəstəyə görə çox minnətdardır.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar