Ru
23:55 / 07 Fevral 2025

Tramp Zelenski ilə görüşünün vaxtını açıqladı

Tramp Zelenski ilə görüşünün vaxtını açıqladı
Eye

ABŞ Prezidenti Donald Tramp gələn həftə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır, görüş Vaşinqtonda baş tuta bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə Yaponiya Baş naziri Sigeru İşiba ilə danışıqların başlanmasından əvvəl jurnalistlərə bildirib.

“Mən, yəqin ki, gələn həftə Prezident Zelenski ilə görüşəcəyəm və yəqin ki, Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. O (Zelenski – red.), gələn həftə mənimlə görüşə bilər. O nəyi üstün tutsa, mən buradayam”, – Tramp Putinlə söhbətin nə vaxt baş tuta biləcəyini izah etmədən vurğulayıb.

ABŞ liderinin sözlərinə görə, Zelenski ilə görüş paytaxt “Vaşinqtonda keçirilə bilər”.

“Ora (Ukraynaya – red.) getməyəcəyəm”, – o əlavə edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar