Ru
13:11 / 28 May 2025

Trampdan Putinə sərt ittihamlar - Aldadıcı manevr, yoxsa?..

Trampdan Putinə sərt ittihamlar - Aldadıcı manevr, yoxsa?..
Eye

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı tənqidlər fonunda Moskvaya qarşı aqressiyanın yeni mərhələsinə keçə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Yazıda qeyd olunur ki, Tramp Putini “odla oynamaqda” ittiham edib. Bu fonda o, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir.

Məqalədə bildirilir ki, Putinə qarşı dörd aylıq boş hədələrdən sonra Trampın son sərt şərhlərinin Rusiyaya qarşı aqressiyanın yeni mərhələsinin əlaməti olub-olmadığı, yoxsa növbəti bir aldadıcı manevr olduğu hələ tam aydın deyil.

"The Wall Street" jurnalı isə yazır ki, Tramp Rusiya ilə Ukrayna arasında danışıqlara vasitəçilikdən tamamilə imtina etmək imkanını da nəzərdən keçirir.


Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar