Ru
16:07 / 04 May 2024

Tullantılardan sənət əsəri yaradan Siyəzən sakini -VİDEO

2546
Siyəzən sakini Cavid Yəhyayev tullantılardan sənət əsərləri hazırlayır.

2012-ci ildən bu işlə məşğul olan sənətkar istifadə etdiyi metalları adətən avtomobil təmiri sexlərindən, eləcə də metal qəbulu məntəqələrindən topladığını deyir:

"Əvvəllər avtomobil təkərlərindən fiqurlar hazırlayırdım. Artıq iki ildən çoxdur ki, metallarla işləyirəm. Hazırladığım əl işləri arasında ən çətini maral heykəli olub. Ona üç aya yaxın vaxt sərf etmişəm”.

100-ə yaxın əl işi hazırlayan C.Yəhyayev ona xarici ölkələrdən iş təkliflərinin gəldiyini, lakin fəaliyyətini Azərbaycanda davam etdirmək istədiyini bildirib.

Ətraflı Baku TV-nin süjetində:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər