İrandan Türkiyəyə iki raketin atılması turizm sektorunda dalğalanma yaradıb. Belə ki, bəzi Azərbaycan vətəndaşları Novruz bayramına planlaşdırdıqları səfərləri, hətta yay ayları üçün aldıqları aviabiletləri ləğv etməyə başlayıblar.
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov İran, ABŞ və İsrail arasında baş verən müharibənin regionda gərginliyi artırdığını deyib.
“Qarşıdurmanın coğrafiyası artıq bəzi Körfəz ölkələrinə də yayılıb. Hətta Azərbaycan, eləcə də Türkiyə ərazilərinə raket və dron zərbələrinin düşdüyünü gördük. Bu cür hadisələr təbii olaraq narahatlıq doğurur. Belə vəziyyətlərdə turistlərin ilk reaksiyası planlaşdırdıqları səfərləri təxirə salmaq və ya gözləmə mövqeyi tutmaq olur. Turizm baxımından regionun ən böyük mərkəzlərindən biri olan Türkiyə üçün sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Eyni vəziyyət Azərbaycan üçün də aktualdır. Adətən Novruz və Ramazan ərəfəsində Azərbaycana xaricdən çox sayda turist gəlir, eyni zamanda ölkə vətəndaşlarının xaricə səfərləri də artır. Lakin mövcud gərginlik fonunda həm xaricdən gələn turistlərin bir hissəsinin gözləmə mövqeyi tutması, həm də bəzi rezervasiyaların ləğv edilməsi ehtimalı var”.
Ekspert bildirib ki, bu vəziyyət eyni zamanda daxili turizmin canlanmasına səbəb ola bilər:
“Xaricə səfər etməyi planlaşdıran vətəndaşların bir qismi istirahət üçün rayonlara üz tuta bilərlər. Onsuz da Novruz günlərində daxili turizm bazarında aktivlik ənənəvi olaraq yüksək olur. Son illərdə regionlarda otellərin sayı müəyyən qədər çoxalıb, eyni zamanda kənd evləri, villalar və “A-Frame” tipli istirahət evləri kimi alternativ yerləşdirmə məkanları geniş yayılıb. Bu baxımdan bayram günlərində regionlarda turizm aktivliyinin yüksək olacağı gözlənilir və ciddi narahatlıq üçün əsas görünmür”.
Bu cür xəbər başlıqları qoymaq təhlükəli olduğu qədər də gülüncdür.İnsanlarin zihinlerini boş ve mənasız yazılarla məşğul edib yormayın.Turkiyeden bəhs edəndə diqqətli və ehtiyatlı olun,reytinginix çox düşük olsa da, yazdıqlarınızı oxuyub doğru düzgün reaksiya vermeyenleti diqqətə alın bundan böyle
bu gunlerde bele Ciddeye ucurlar. Cesurlarla qorxaqlarin
Kakanın adını kim qoyub
Turizm Eksperti Cənab Əşirov turizm həvəskarlarımızı yeni Ağ Ev liderinin ABŞdan daxili vəzifələrdən də öncə Y/Ş Hərbi Platsının Baş Nazirinin sifarişlərinin dağıdıcı-təslim edici hərbi zərbələrinin təhlükəsindən yayınmaq və xərclərini elə öz büdcəmizə fitrə məqsədi ilə iki faydalı təklif edib! Güman ki, sifarişçi Baş Nazirin qırmızı qeydində Türkiyə də varmış kimi? Cənab Ara şərhçini narahat edən və əslində ölkəmizin uzaq-geniş son modern Mediamızın və müxtəlif bağlantı, məğzi-düşüncə fəaliyyətləri hara və kimlərə qulluq etmələri deyil, hər xəbər və hadisəni tam gerçəkliyi ilə qüvvədə olan qanuni münasibətlə uyğun şərh etsin? Son beş il, bəlkə də on illər öncədən bəzi Media və yeni model (satın) sələfləri nəinki, yarım əsrlik, az qala bir qərinəlik DQMV sovetindəki Hərbi terrorBaşı ilə Qarabağın konstitusion qanuni və beynəlxalq ciddi-hüquqi müdafiəçilərini eyni mühakimə müstəvisinə çıxarsınlar???
Əcəb maraqlı *QloBalllıca perekliçka* alınıb. TuroEkspert Əşirov İsrail və ABŞın İrana qarşı *İldırım sürətli ağır-ölümcül təslim* müharibəsi səbəbli qonşu ölkələrə turizmi, xüsusən Türkiyə əvəzinə ölkəmızə yönəltməyə çalışıb ki, öz güşələrAğ Ev liderinin Y/Ş Hərbi Platsdarmının Baş Nazirin
Bu qədəri də pəs vallah. Belə yerdə deyirlər ey, "keçi" can hayında qəssab piy axtarır. Dünya, xüsusən də regon qan gölünə dönüb, bilinmir hələ bu nə ilə nəticələnəcək, gör bizim bu "ekspert"in paylaşdığı fikirə baxın. Bunu anladıq, düşüncəsi bu qədərdi. Siz bunu paylaşan xəbər portalının "xəbərə" qoyduğu başlığa baxın hələ "Türkiyə ilə bağlı bu xəbər Azərbaycanda narahatlıq yaratdı". Gör indi bəzi xəbər portalları nə gündədir. Xəbər trajlamaq xatirinə ağıllarına nə gəldi səhfələrinə atırlar. Anamırlar ki hər bu cür əhəmiyyətsiz və mənasız "xəbərlər" onların baxış sayını sıfıra yendirir. Lütfən kəndinizə gəlin və cammatı iyrəndirməyin.