Ru
18:04 / 19 May 2025

Türkiyədə musiqili yol çəkildi - VİDEO

Türkiyədə musiqili yol çəkildi -  VİDEO
Eye

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu musiqili yol layihəsinin həyata keçirildiyini bildirib.

Bakupost.az xəbər verir ki, stabil sürətlə hərəkət edən avtomobillərdə Motsartın "Türk marşı" eşidiləcək.

Nazir melodiyalı yol tətbiqinin Türkiyədə ilk dəfə Ankaranın Nallıhan rayonunda reallaşdırıldığını bildirib.

Uraloğlu tətbiqin yol səthinə müəyyən aralıqlarla yerləşdirilən işarələmələr və ya oyuqlar vasitəsilə avtomobillərin keçidi zamanı yaranan titrəmə və səs çıxarma prinsipi əsasında qurulduğunu qeyd edib.

"Bu oyuqlar və ya işarələmələr avtomobillər müəyyən bir sürətlə keçdikdə musiqili bir melodiya yaradacaq şəkildə dizayn edilib. Səthdəki hər bir oyuq və ya işarələmə fərqli tezlikdə bir not verəcək. Sürücü sabit sürətlə hərəkət etdikdə yaranan titrəmə və səslər birləşərək nəzərdə tutulan melodiyanın eşidilməsini təmin edir," - deyə nazir bildirib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar