"Leman" jurnalının baş redaktoru Aslan Özdemir yayımlanan qalmaqallı karikatura ilə bağlı başladılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Haber Global" məıumat yayıb.
Bildirilir ki, o, xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunur. Şübhəli ölkədən qaçmaq istəyərkən aeroportda saxlanılıb.
Xatırladaq ki, İstanbul Prokurorluğu "Leman" jurnalında Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edən karikaturaya görə təhqiqat başladıb.
İstintaq çərçivəsində saxlanılan şübhəlilər şirkət direktoru Əli Yavuz, qrafik dizayner Cebrayıl Okçu, əsərin müəllifi Doğan Pehlevan və redaktor Zəfər Aknar məhkəmə qarşısına çıxarılıb, daha sonra Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib.
Prokurorluq karikaturanın ictimai nifrət və ayrı-seçkiliyi təşviq etdiyini, ictimai təhlükəsizlik baxımından təhlükə yaratdığını bildirib.