Dünyanın nüfuzlu KİV-ləri Türkiyədə, xüsusilə İstanbul və Ankarada bələdiyyə seçkilərinin nəticələri ilə bağlı müxtəlif məqalələr yazıblar.
Bakupost.az xəbər verir ki, seçkinin nəticələrini diqqətlə izləyən beynəlxalq media qurumları bir sıra məqamları xüsusilə qabardıblar.
Belə ki, Böyük Britaniyanın BBC korporasiyası seçkinin nəticəsi ilə bağlı materialları “Müxalifət tarixi qələbə ilə heyrətə gətirdi” başlığı ilə yayıb.
Xəbərdə Prezident Rəcəb Tayyib Ərdoğan seçki ilə bağlı çıxışında işlətdiyi “Bu seçki bizim üçün dönüş nöqtəsidir” sözləri xüsusi qabardılıb.
Financial Times isə CHP-nin namizədlərinin Türkiyənin beş ən böyük şəhərində - İstanbul, Ankara, İzmir, Bursa və Antalyada qalib gəldiyini bildirib.
Əkrəm İmamoğlu və Mansur Yavaşın müvafiq olaraq İstanbul və Ankaradakı yerlərini qoruduğu xüsusi vurğulanıb.
ABŞ-ın Bloomberg agentliyi də ana müxalifət partiyası olan CHP-nin bələdiyyə seçkilərində lider partiya olduğunu açıqlayıb.
Türkiyənin aparıcı böyük şəhərlərinin CHP tərəfindən idarə ediləcəyi ilə bağlı məlumatlar paylaşılıb.
DW: Türkiyə müxalifəti qazandı
Almaniyanın Deutsche Welle (DW) nəşri seçki ilə bağlı əsas materialını "Türkiyə müxalifəti yerli seçkiləri qazandı" başlığı ilə təqdim edib.
Seçkilərdə milyonlarla türk seçicinin verdiyi səslərin Türkiyə daxilində mənzərəni yenidən formalaşdırdığı qeyd edilib.
Euronews: Müxalifət əsas şəhərlərdə öndədir
Euronews Türkiyə müxalifətinin İstanbul və digər mühüm şəhərlərdə irəlidə olduğunu diqqətə çəkib.
Bildirilib ki, ilk dəfə səs verən bir milyondan çox seçici də daxil olmaqla Türkiyədə ümumilikdə təxminən 61 milyon insan səsvermə hüququna malikdir.
Xatırladaq ki, dünən Türkiyədə keçirilən bələdiyyə seçkilərində CHP 37,7 faiz, AKP isə 35,4 faiz səs toplayıb.
Elnur
BakuPost