Ru
22:11 / 05 Oktyabr 2026

Türkiyədən böyük nümayəndə heyəti İrəvanda... - GÖZLƏNİLMƏZ

Türkiyədən böyük nümayəndə heyəti İrəvanda... -   GÖZLƏNİLMƏZ
Eye

Ermənistanın energetika və infrastruktur naziri Davit Xudatyan bu gün Türkiyənin Elektrik Enerjisi Ötürücü Təşkilatının İdarə Heyətinin sədri və baş direktoru Mustafa Püstünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


"Bakupost" xəbər verir ki, bu barədə Davit Xudatyan məlumat yayıb.

“Ermənistan-Türkiyə nizamlama prosesi çərçivəsində Gümrü-Qars elektrik ötürücü xəttinin bərpası və istismarı ilə bağlı görülən işlərə toxunduq.

Biz həm ikitərəfli, həm də regional əməkdaşlıq kontekstində Ermənistan və Türkiyənin enerji sistemlərinin birləşdirilməsinin vacibliyini vurğuladıq.

Bu gün Türkiyədən olan nümayəndə heyəti həmçinin "Ermənistan Elektrik Sistemi Operatoru" QSC və "Yüksək Gərginlikli Elektrik Şəbəkələri" QSC-nin rəhbər heyəti ilə görüşüb”, - Xudatyan qeyd edib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar