Ru
22:01 / 06 İyun 2025

U-17 millimiz Qazaxıstanı məğlub etdi

U-17 millimiz Qazaxıstanı məğlub etdi
Eye

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.

Bakupost.az xəbər verir ki, U-17 komandamız Qazaxıstanın müvafiq yaş qrupu ilə qarşılaşıb.

Oyun futbolçularımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar