Ru
14:27 / 29 May 2025

Üç liderin Laçına səfəri dünyaya mesajdır - Deputat

Üç liderin Laçına səfəri dünyaya mesajdır - Deputat
Eye

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin Laçına səfəri diqqət mərkəzindədir. Bu səfər regional həmrəyliyin və strateji əməkdaşlığın simvoludur. Həmçinin, Laçının dirçəliş prosesinə beynəlxalq diqqətin artması baxımından mühüm mesaj daşıyır.

Milli Məclisin deputatı Asim Mollazadə bakupost.az -a açıqlamasında bildirdi ki, bu cür yüksək səviyyəli səfərlər bölgədə sabitlik və inkişafın möhkəmlənməsinə xidmət edir.

"Azərbaycan və Türkiyə birdir. Bu dünya üçün çox mühim bir mesajdır. Birgə inşaat işləri görülür. Azərbaycan və Türkiyə yaradıcı birlik kimi bütün türk dünyasını birləşdirməyə hazırdır və dünyaya sülh, əmin-amanlıq və əməkdaşlıq təklifi ilə müraciət edir. Biz enerji və nəqliyyat sistemlərini formalaşdıraraq dünyanı, qitələri birləşdirməyə qadirik. Biz əməkdaşlıq, sabitlik, sülh yolu ilə inkişafa nail olmağa çalışırıq. Pakistan da bizə dost, qardaş ölkədir.

Mənə elə gəlir ki, üç liderin Laçına səfəri ilə türk və islam dünyasının birliyini, böyük bir potensialı göstərməklə dünyaya mesaj verilir ki, biz hər kəsi əməkdaşlığa dəvət edirik və bildiririk ki, məqsədimiz sülh və əməkdaşlıqdır."

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar