Ukrayna parlamenti ABŞ ilə təbii sərvətlər haqqında sazişi ratifikasiya edib.
Bakupost.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak Telegram hesabında bildirib.
Parlament razılaşmanı 338 səslə təsdiqləyib – bu da tələb olunan 226 səsdən xeyli çoxdur. Beləliklə, layihə yekdilliklə qəbul edilib.
Razılaşmanın qüvvəyə minməsi üçün mühüm mərhələ olan bu ratifikasiya ABŞ ilə birgə investisiya fondunun yaradılmasını nəzərdə tutur.
Sənəd ABŞ-a Ukraynanın strateji minerallarına və digər təbii sərvətlərinə çıxış imkanı verəcək.
Kiyev bu addımla Rusiyaya qarşı mübarizədə ABŞ-dən uzunmüddətli dəstək alacağına ümid edir.
Aysel, BakuPost