Ru
15:25 / 25 Aprel 2024

“Ukrayna bəzi əraziləri geri qaytara bilər” - Hərbi ekspert

1898
“Mən deməzdim ki, cəbhədə Rusiyanın Ukraynaya qarşı xüsusi üstünlüyü hiss olunur. Ola bilsin, müəyyən üstünlüyü var, amma o, çox ləng hərəkət edir. Real, strateji irəliləmə müşahidə edilmir”.




Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

O, ABŞ-nin Ukraynaya hərbi yardım ayırmasını da şərh edib:

“Sözsüz ki, Ukraynaya hərbi yardım çox gec təsdiqləndi. Amma təsdiq edilməsəydi belə, Ukrayna təslim olmayacaq və müqaviməti davam etdirəcəkdi. İnanmıram ki, yaxın müddətdə Ukrayna hücuma keçə bilər. Amma real müqavimət göstərəcək. İndi səfərbərliklə bağlı hər iki tərəfdə problemlər təxminən eynidir. Söhbət ondan gedir ki, kim tez səfərbərlik elan edib qoşunları döyüşə hazır vəziyyətə gətirəcək. Ukraynaya yardım edilərsə, vəziyyət nisbətən sabitləşəcək. İstisna etmirəm ki, Ukrayna bəzi itirilmiş əraziləri geri qaytara bilər”.

Qeyd edək ki, Ukraynaya hərbi yardım paketi nəhayət, ABŞ Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Bununla belə, bir çox ukraynalı 61 milyard dollarlıq nəhəng hərbi yardım paketi ayrılmasının artıq gec olduğunu düşünür.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər