Ru
10:25 / 17 Mart 2023

Ukraynada Çin istehsalı olan PUA vuruldu - FOTO

2958
Ukraynanın Donetsk vilayətində Çin istehsalı olan "Mugin-5" pilotsuz təyyarəsi vurulub.

Bakupost.az xəbər verir ki, bu barədə CNN Ukrayna hərbçilərinə istinadən bildirib.

Xəbərə görə, PUA çox aşağı hündürlükdə uçduğu üçün onu atıcı silahla vurublar. Araşdırma zamanı pilotsuz təyyarənin 20 kiloqramlıq bomba daşıdığı və və Çinin “Mugin Limited” şirkətinin istehsalı olduğu üzə çıxıb.

Britaniyalı keçmiş zabit və dron mütəxəssisi Kris Linkoln-Consun fikrincə, ukraynalılar rusların daha çox kustar silahlardan istifadə edəcəyinə hazırlaşmalıdırlar.

Mugin Limited şirkətinin rəhbərliyi CNN-in əməkdaşına pilotsuz təyyarəsinin vurulmasını təsdiqləyib və hadisəni “son dərəcə kədərli” adlandırıb. Onlar əlavə ediblər ki, dronların bu şəkildə istifadəsini düzgün hesab etmirlər və bunun qarşısını almaq üçün əllərindən gələni edəcəklər.

Bundan əvvəl Mugin Limited öz məhsullarının müharibədə istifadəsinə qarşı çıxaraq, onların Ukrayna və Rusiyaya satışını dayandırmışdı.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər