Ukraynada ölən mülki vətəndaşların sayı keçən ay kəskin şəkildə artaraq 174-ə çatıb. Bu da Rusiya ordusunun Xarkov ətrafında əhalinin məskunlaşdığı ərazilərə raket və bombalı hücumlarını artırması fonunda ən yüksək nəticədir.
Bakupost.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının məlumatına görə, may ayında Ukraynada həlak olan mülki şəxslərin sayı aprel ayı ilə müqayisədə 31% artıb. Bu da 2023-cü ilin iyunundan bəri ən yüksək nəticədir.
Zaur
BakuPost