Ru
13:31 / 18 Yanvar 2023

Ukraynadakı dəhşətli vertolyot qəzası ilə bağlı ÜÇ VERSİYA

2780

Xəbər verdiyimiz kimi, Ukraynanın Brovarı şəhərində vertolyot qəzası nəticəsində 19 nəfər həlak olub. Onlardan 9-u vertolyotun içərisində olub. Digərləri isə nəqliyyat vasitəsinin uşaq bağçasının ərazisinə düşməsi nəticəsində həlak olub.


Ölənlər arasında Ukraynanın Daxili İşlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.


Hadisə nəticəsində yaralanan 29 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10-u uşaqdır.

Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Ukrayna Hava Qüvvələrinin spikeri Yuri İqnat vertolyot qəzasının səbəblərini araşdırmaq üçün bir neçə həftə vaxt lazım olduğunu bildirib.

“Səbəbləri müxtəlif aviasiya mütəxəssislərinin daxil olduğu komissiya araşdıracaq. Bu 1-2 günə olmayacaq. Belə qəzaların araşdırılması müəyyən vaxt aparır. Ona görə də araşdırma bir neçə həftə davam edə bilər”, - Yuri İqnat vurğulayıb.

Bu arada Ukrayna Daxili İşlər Nazirliyi qəzanın səbəbləri ilə bağlı üç versiya açıqlayıb. Qurumdan bildiriblər ki, vertolyotun qəzaya uğraması avadanlıqların nasazlığı, təhlükəsizlik qaydalarının pozulması və ya diversiya səbəbindən baş verə bilər.



Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər