Aprelin 26-da günün ikinci yarısında Rusiya vilayətləri üzərində Ukrayna Silahlı Qüvvələrinin 21 pilotsuz təyyarəsi vurulub.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Altı pilotsuz təyyarə Oryol vilayəti, daha altısı Tula vilayəti, beşi Moskva vilayəti, üçü Kaluqa vilayəti, biri isə Kursk vilayəti üzərində vurulub.
Hücumlar nəticəsində infrastruktura ziyan dəydiyi barədə məlumat verilməyib.
Zaur,BakuPost