Ukraynanın dövlət zəmanətli borcu mayın 31-nə 180,97 milyard dollar təşkil edib.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, may ayında borcun məbləği təxminən 1 milyard dollar artıb.
Ekspertlər bu il Ukraynanın ümumi dövlət borcunun ÜDM-in 110%-nə qədər artacağı proqnozlaşdırırlar.