Ukraynanın Rusiya tərəfinə təqdim etdiyi atəşkəs memorandumu tam versiyada dərc edilib.
Bakupost.az xəbər verir ki, sənədi "Financial Times" jurnalisti Kristofer Miller yayımlayıb.
Memorandumun əsas şərtləri bunlardır:
Tam və qeyd-şərtsiz atəşkəs – quru, hava və dənizdə. Bu, sülh danışıqlarına başlamaq üçün vacib şərtdir.
Etimadın möhkəmləndirilməsi tədbirləri – qanunsuz şəkildə köçürülmüş və deportasiya edilmiş şəxslərin qeyd-şərtsiz qaytarılması, “hamının - hamıya” prinsipi ilə əsir mübadiləsi, girovların azad olunması.
Ukraynanın suverenliyi – Ukrayna neytrallıq statusunu qorumağa məcbur deyil, NATO və Avropa İttifaqına inteqrasiya etmək hüququ var. Ukrayna Silahlı Qüvvələrinin ölkə ərazisində yerləşdirilməsi və sayına heç bir məhdudiyyət qoyula bilməz.
Sanksiyalar – bəzi sanksiyalar mərhələli şəkildə aradan qaldırıla bilər, lakin pozuntu halında onların dərhal bərpasını nəzərdə tutan mexanizm tətbiq olunacaq.
Liderlərin görüşü – Rusiya və Ukrayna liderlərinin birbaşa görüşü baş tutmalıdır. Bu görüşdə yekun sülh tənzimlənməsinin əsas aspektləri müzakirə olunmalıdır.
30 günlük atəşkəs – qeyd-şərtsiz atəşkəs ilkin olaraq 30 gün müddətinə elan edilir və hər 30 gündən bir uzadılma imkanı var. Atəşkəsə nəzarət ABŞ-nin rəhbərliyi və üçüncü ölkələrin dəstəyi ilə həyata keçiriləcək.
Rusiya tərəfi sülh danışıqları üşün şərtləri təqdim etməkdən imtina edib.
Aysel,
Bakupost