Ru
13:49 / 03 İyun 2025

“Ümid yeri qalmayıb” - Ağamirzə Ağakərimin səhhətindən DANIŞDI

“Ümid yeri qalmayıb” - Ağamirzə Ağakərimin səhhətindən DANIŞDI
Eye

Meyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkarı Ağakərimin (Kərim Novruzov) səhhəti ilə bağlı açıqlama verib.

Bakupost.az xəbər verir ki, bu barədə meyxanaçı "Afaqla 10lar" verilişinə müsahibəsində danışıb.

"Kərim uzanıb qalıb. Otura, dura, gəzə, demək olar danışa bilmir, yaxşı başa düşmür. Ümid ancaq Allahadır. Ümid yeri qalmayıb. 10-15 dəfə deyirəm, "Kərim, salam. Ağamirzədir". Ondan sonra başı ilə işarə edir ki, bildim. Bizim söhbətimiz bununla da qurtardı. Allah bütün xəstələrə kömək olsun. Kərim də onların içində" deyə, o bildirib.

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar