Ru
10:13 / 24 Fevral 2023

Universitetlərin reytinqi açıqlandı: Azərbaycandan da bir universitet var - FOTO

16275
AppliedHE Ranking-nin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası universitetlərin növbəti reytinqini açıqlayıb.

Bakupost.az xəbər verir ki, təşkilat qiymətləndirmədə təhsilin keyfiyyəti, məzunların məşğulluğu statistikası, elmi tədqiqat, beynəlmiləlləşmə, institusional reputasiya, xarici tələbələrin sayı, tələbə məmnuniyyəti göstəricilərinə istinad edib.

Reytinqə ölkəmizin ali təhsil ocaqlarından biri - Qərbi Kaspi Universiteti də düşüb. Özəl Universitetlər nominasiyası üzrə QKU ilk 10-luqda (9-cu) yer alıb. Təhsilin keyfiyyəti göstəricisinə görə isə qiymətləndirilməsi aparılan universitetlər arasında Qərbi Kaspi Universiteti 37.73 balla 1-ci yerə layiq görülüb.


Qeyd edək ki AppliedHE reytinq təşkilatının baş ofisi Sinqapurda yerləşir və müxtəlif kateqoriyalar üzrə ali təhsil müəssisələrinin reytinqini tərtib edir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər