“Slovakiyalı həmkarıma sui-qəsddən sonra mənim də ünvanıma təhdidlər daxil olur”.
Bakupost.az “Röyter"ə istinadən xəbər verir ki, bu açıqlamanı Polşanın Baş naziri Donald Tusk verib.
O bildirib ki, artıq şəxsi mühafizəsinin gücləndirilməsi barədə qərar qəbul olunub. Hökumət başçısı həmin təhdidlərdən birinin fotosunu da paylaşıb:
“Dünən belə təhdidlərin sayı daha çox idi”, - Donald Tusk belə yazıb.