Ru
12:36 / 03 Aprel 2024

“Uşaq bağçalarını, kitabxanaları da minalayıblar...” - Elman Məmmədov

2197
“Ermənilər otuz ildən artıq bir müddətdə ərazilərimizi viran qoyublar. Daşıdıqların daşıyıb, dağıtdıqlarını dağıdıblar, əvəzində də torpaqlarımıza milyonlarla mina basdırıb gediblər”

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Elman Məmmədov ərazilərimizin ermənilər tərəfindən minalanması haqda danışarkən deyib.

O, hələ də beynəlxalq qurumların bu terrora susduğunu bildirib:

“Bu barədə Cənab Prezidentimiz, müvafiq qurumlar, mətbuat işçiləri dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara kifayət qədər məlumatlar verib. Problemin həlli üçün işğalçı dövlətə təsir göstərmələri, minalanmış ərazilərin xəritələrinin bizə verilməsi tələb edilib. Ancaq nə ermənilərin qarşısına ciddi tələb qoyan, nə də xəritələri bizə verməyə məcbur edən var. Ermənilər özləri isə o xəritələri bizə vermək fikrində deyillər. Hərdən müəyyən sənədlər verdilər, onların da dəqiqlik faizi 25 fazidən artıq olmadı. Yəni burda da saxtakarlıqlarını, düşmənçiliklərini biruzə verdilər”.




E.Məmmədov bildirib ki, ərazilərimizin minalardan tam təmizlənməsi üçün zamana ehtiyac var:

“Hesab edirəm ki, bizim bu sahəylə məşğul olan qurumumuz - ANAMA çox yüksək səviyyədə fəaliyyət göstərir. Amma ərazilərin sahəsi həddən artıq böyükdür və bu təhlükəni aradan qaldırmaq üçün zamana ehtiyac var. Biz bir neçə gün öncə Xocalıda qalıqları tapılan yeddi şəhidimizi orda dəfn etməyə getdik. Bizimlə paralel Xocalı qəbiristanlığının o biri hissəsində Minatəmizləmə Agentliyinin 10 nəfər əməkdaşı işləyirdi. Mən onları müşahidə elədim. İnanın ki, ərazilərin hər qarışı yoxlanılır. İşğal altında olmuş ərazilər qarış-qarış minalardan təmizlənir. Bu çox gərgin işdir”.

Deputat bu işdə Ermənistana havadarlıq edən dövlətlərin də məsuliyyət daşıdığını deyib:

“Azərbaycan vətəndaşı, soyqırıma məruz qalmış bir insan kimi onu demək istəyirəm ki, bu cinayəti təkcə ermənilər törətməyiblər. Bu cinayətə həm o dövrdə, həm də indi işğalçılara havadarlıq, himayəndarlıq edən dövlətlər də, beynəlxalq qurumlar da şərikdir. Mina terroruna görə onlar da birbaşa məsuliyyət daşıyırlar”.



E.Məmmədov ermənilərin Vətən müharibəsindən sonra da ərazilərimizdə mina basdırdığını deyib:

"Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aşkar olunan minaların xeyli hissəsində tarix 2021-2022-ci ilə təsadüf edir və onlar hamısı Ermənistan istehsalıdır. Belə məlum olur ki, onlar 44 günlük Vətən müharibəsindən sonra da minalanma işiylə çox sürətlə, canfəşanlıqla məşğul olublar. Əgər ərazilərimizdə olan Rusiya kontingentinin icazəsi olmasaydı, onlar o minaları gətirə bilməzdilər. Demək, burda tək ermənilər yox, onlara şərait yaradan, köməklik edən dövlətlər, qurumlar da məsuliyyət daşıyırlar. Onlar qəbiristanlıqları da minalayıblar və burda da hədəf mülki şəxslərdir. Ermənilər uşaq bağçalarını, kitabxanaları, xəstəxanaları, məktəbləri, rədd olub getdikləri evlərini belə minalayıblar".

Qeyd edək ki, dünən Tərtərdə heyvan otaran üç nəfər mülki şəxs, Ağdamda isə ANAMA əməkdaşı minaya düşüb.
Ümumilikdə Vətən müharibəsindən sonra 350 nəfər günahsız insan mina terrorunun qurbanı olub.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər