Ru
15:28 / 29 Yanvar 2024

“Üzən şəhər” ilk səyahətinə başladı - Eyfeldən hündür, Titanikdən 5 dəfə böyük...

8616
Uzunluğu 365 metr olan dünyanın ən böyük kruiz gəmisi kimi tanınan “üzən şəhər” ilk səyahətinə şənbə günü Mayami limanından yola düşüb.

Bakupost.az xəbər verir ki, bu, nəhəng ölçüsü və içində olan obyektlərlə demək olar ki, “üzən şəhərdir”. Hətta su parkı, hovuzu, buz meydançası, performans zalı və qolf meydançası da var.

Dünyanın ən böyük kruiz gəmisi Royal Caribbean-a məxsus "Dənizlərin İkonası" adlı gəmi 7 günlük səyahətinə başlayıb.

Şənbə günü Mayami limanında lövbər salan 365 metr uzunluğunda, 20 mərtəbəli kruiz gəmisi 7600 sərnişin və 2350 ekipajı qəbul etmək gücünə malikdir. 2 milyard dollara başa gələn gəminin 20 göyərtəsi və 2805 kabinəsi var.

İçərisində 55 metrlik süni şəlalə, 40 yemək sahəsi və bar, 7 üzgüçülük hovuzu da olan gəmi, ən böyük və dəbdəbəli sərnişin gəmisi olaraq tarixə düşən Titanikdən 5 dəfə böyükdür.

Gəmi Eyfel qülləsindən də hündürdür. Sərnişinlərin əyləncəli vaxt keçirmələri üçün səfərdə 16 nəfərlik orkestr, 50 musiqiçi və çoxlu gülüş ustaları iştirak edəcək.

Gəmi Karib dənizi turundan sonra Mayami limanına qayıdacaq.



Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər