Ru
14:16 / 21 Noyabr 2022

Vilayətinin bəyanatının ən vitaminli yeri... - Murad Köhnəqala

19194
İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlamasından bir neçə şey başa düşdüm.

1. Ağeyi Əli Əkbər deyir kin, İran heç vaxt Azərbaycanla dalaşmaq fikrində deyil, bunu söyləyənlər düşmənlərdi.

Birincisi, İran kimdi kin, hələ bir Azərbaycanla da dalaşa? Yəni, özünüzü o qədərmi özbaşına hesab edirsiniz? İkincisi, o cür fikirləri elə həmişə İran tərəf səsləndirməyibmi? Həm də ölkəmizə narkotika axıdaraq gənclərimizi bədbəxt eləmək istəyi elə bizə qarşı soyuq dava deyilmi?

2. Ağa sonra buyurub kin, Azərbaycanlılar gözümüzün nurudur.

Əlbəttə, ölkədəki vətəndaş qiyamına görə quyruğu qapı arasında qalan İranın Azərbaycanlılarımızı "gözün nuru" adlandırması və ordakı soydaşlarımızın könlünü almaq istəyi məkirli bir xoddur. Hamı bilir kin, İran əlinə fürsət düşərsə, həmin "göz nurlarını" asdırmaqdan çəkinməyəcək. Sonra İran həmin yaltaq bəyanatla bizim ölkəmizə yaltaqlanır kın, İsrailin İrana hücumuna Azərbaycandan icazə verməyək.

Ay yazıq (xanım Nensinin İrəvan səfərini yada sal), İrana ABŞ barmağı, məhz, sevdiyin Ermənistandan oldu və eləcə də davam edir.

3. Ağeyi Əli Əkbər deyib kin, İran həmişə Azərbaycanı, eləcə də bütün qonşularını həmişə qoruyacaq.

Birincisi, indiki İran öz qonşularını hər hansı hərbi təcavüzdən qorumaq gücündə deyil. İkincisi də, qonşularını qorumaq istəyən ölkə nə üçün qonşusu ilə sərhəddə hərbi təlim keçirdib xox gəlirdi kin? Ən əsası da, son hadisələr göstərdi kin, İran "qonşuları qorumaq" söyləyəndə, yalnız Ermənistanı nəzərdə tuta bilər. Çünki, Azərbaycanın problemi İranın başı üçün deyil. Yəni, Ağanın İran adına səsləndirdiyi bu bəyanat başdan-ayağa məkrdir. Guya, indi bunlar da siyasətçi olub diplomatik bəyanat-zad verirlər dana...

Xülasə, həmin bəyanatın ən vitaminli yeri "Amandı İsraili üstümüzə gəlməyə qoymayın!" yalvarışıdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər