12.04
Hüquq-müfahizə orqanları “Hurriyyet TV”-də əməliyyat keçirib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı "Hürriyyət" qəzeti,  eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
 
Qeyd olunur ki, həmçinin "Hurriyyet TV"-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.
Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.
***
13.28
Dövlət Təhlükəsizliyi Xidməti “Hürriyyət” qəzetinin redaksiyasında əməliyyat keçirib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində “Hürriyyət” qəzetinin və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
 
Əməliyyat zamanı redaksiyanın ofisində axtarış aparıldığı bildirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
13.45
“Hürriyyət” qəzeti Vüqar Məmmədovun (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılması barədə məlumatı təsdiq edib.
Saytdan bildirilib ki, əməliyyat 29 oktyabr 2025-ci il tarixində, axşam saaat 18:00 radələrində keçirilib. Qeyd edilib ki, V.Məmmədov saxlanılıb, ofisdə axtarış aparılıb və “Hurriyyet TV”-yə məxsus avadanlıqlar götürülüb.
Təxminən eyni saatlarda Baş redaktorun Nizami rayonunda kirayə yaşadığı mənzilində də axtarış aparılıb və mənzildən heç bir sənəd və ya əşya götürülməyib:
Vüqar Məmmədovun yaşadığı evdə və “Hurriyyet TV”-nin ofisində aparılan axtarış DTX-nın müraciəti əsasında 29 oktyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən aparılıb. Qeyd edək ki, Baş redaktorun hansı səbəbdən saxlanıldığı haqda hələ heç bir rəsmi və ya qeyri-rəsmi ittiham yoxdur". 
“Hürriyyət”dən bildirilib ki, V.Məmmədovun saxlanılmasının “Ramiz Mehdiyev işi” ilə əlaqələndirməsi doğru deyil.