Ru
14:41 / 16 Fevral 2023

WhatsApp-da yeni funksiya - "Zəng planlama"

8789
Dünyanın ən çox istifadə edilən mesajlaşma platforması olan WhatsApp-a yeni funksiya gəlir.

Bakupost.az bildirir ki, Meta ilə əlaqəli platforma indi qrup söhbətləri üçün çox faydalı olacaq funksiyanı sınaqdan keçirir.

WABetaInfo tərəfindən yayımlanan xəbərə görə, bu, 'Zəng planlama' funksiyasıdır.

Onlayn görüşlər üçün çox vacib olduğu deyilən xüsusiyyətin təfərrüatları da ortaya çıxıb. Qrup çatlarına daxil ediləcək funksiya ilə artıq görüşlərin qurulması daha asan olacaq. Eyni qrupdakı WhatsApp istifadəçiləri görüşdə əvvəlcədən təyin edilmiş zənglə iştirak edəcəklər.

“Zəng planlama” funkasiyasında başlıq, vaxt və tarix təyin edərək, parametrlərinizə uyğun olaraq özünüzü hazırlaya bilərsiniz.

WABetaInfo-nun məlumatına görə, qrup söhbətləri üçün yeni funksiya Android cihazları üçün Beta 2.23.4.4 yeniləməsi ilə gələcək. Yeni funksiyanın nə vaxt aktiv olacağı hələ məlum deyil.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər