“Oskar” mükafatlı aktyor Robert de Niro 25 iyunda Türkiyəyə gedəcək.
Bakupost.az xəbər verir ki, o, sahibi olduğu “Nobu” restoran şəbəkəsinin İstanbul şöbəsinə baş çəkəcək.
“Nobu” restoranını 1994-cü ildə usta Nobu Matsuhisa ilə Robert de Niro birlikdə qurub. Restoranı dünyaçaplı markaya çevirən Niro keçən il pandemiya səbəbindən İstanbuldakı açılışa qatıla bilməyib.
Aktyor 27 iyuna qədər İstanbulda qalacaq.
Qeyd edək ki, Rober de Niro “Xaç atası 2” (1974) filmində Vito Korleonenin cavanlığını canlandırıb. 1975-ci ildə bu roluna görə “Oskar” mükafatına layiq görülüb.
Aynur
BakuPost