Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.
Bakupost.az bildirir ki, bu haqda Teleqraf-a Xalq artistinin həyat yoldaşı Gültəkin Babayeva məlumat verib.
Onun sözlərinə görə, Arif Babayevin səhhəti yaxşı deyil:
"Təxminən bir ay müddətində "Bilgəh" Kardioloji Sanatoriyasında müalicə alıb. Hazırda evdə həkim nəzarəti altında müalicəsi davam etdirilir",-deyə Xalq artistinin həyat yoldaşı deyib.
Qeyd edək ki, Arif Babayev bir müddət əvvəl Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilib.