Ru
17:33 / 14 May 2024

Xankəndi şəhərinin nəqliyyat planı hazırlandı

3552
Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb.

Bakupost.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.


“Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb, - nazir müavini bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər