Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:09 / 03 Fevral 2024

Xaricdə himnimizi ifa etdirən, bayrağımızı dalğalandıran gənclik

20871
"Gənclərin öz gücü və istedadına inam hissi artıb"

Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.


Həmin vaxtdan etibarən bu tarix MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.



Ulu öndər gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib. Bu gün ölkədə gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gənclərin ictimai-siyasi fəaliyyəti bir çox ölkələr üçün nümunədir.




Millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı fərman və sərəncamlar ölkədə aparılan gənclər siyasətinə yeni impuls verib.


Ölkədə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır:


“Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Gənclər isə öz növbələrində genişmiqyaslı dövlət qayğısından, onlar üçün yaradılan əlverişli şəraitdən maksimum dərəcədə bəhrələnərək müstəqil Azərbaycanın inkişafı naminə böyük fəallıq nümayiş etdirirlər. Ölkənin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkənin ümumi inkişafına böyük töhfə verirlər. Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər”.



Millət vəkili Fatma Yıldırım bildirib ki, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir:


"Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır".


Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri, təsdiq etdiyi dövlət proqramları dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir:


“Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb”.




Millət vəkili Azər Badamov qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin uğurudur ki, ölkəmizin gələcəyini etibar edilə biləcək sağlam gənc nəsil yetişib:

“Azərbaycan gənci bu gün ölkəmizi dünyada tanıdır, davam edən informasiya müharibəsində cənab Prezidentin yanında olaraq öz sözünü deyir. Elm, mədəniyyət, idman və s. sahələrdə fəaliyyət göstərən gənclır beynəlxalq arenalarda Azərbaycan himnini ifa etdirir, üçrəngli dövlət bayrağımızı dalğalandırır. Bu gün gənclərimiz dövlət idarəçiliyində, ölkənin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirak edirlər. Azərbaycan dövləti öz gəncləri ilə fəxr edir və qürur duyur”.

Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar