Ru
11:06 / 11 Noyabr 2026

Xəzərdə görünən naməlum varlıq nədir? - VİDEO

Eye

Azərbaycan mediasında “Xəzərdə naməlum varlıq göründü” başlıqlı xəbər yayılıb. Lakin görüntülərin 2024-cü ildə çəkildiyi bildirilib. İddia edilir ki, kadrlardakı naməlum varlıq balinadır.

Bəs naməlum məxluq olduğu deyilən canlı əslində nədir?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bunun COP29 öncəsi baş verən hadisə olduğunu deyib.

“COP29-da diqqət çəkmək, təbiətin, canlıların, xüsusən də dəniz canlılarının qorunmasına diqqət yönəltmək üçün belə bir addım atılmışdı. Orada heç bir mif, qeyri-adi və ya naməlum varlıq yoxdur. Sadəcə, hazırlanmış balina maketidir. Bakı bulvarında guya belə bir varlıq üzə çıxmışdı, sonra bəlli oldu ki, maketdir”, - o qeyd edib.

Ekoloq görüntülərin yenidən yayılmasının səbəbini belə izah edib:

“Türkiyənin Antalya şəhərində COP31-in açılışı olub. Bununla bağlı məsələ yenidən yayılıb. Fikrimcə, COP31 ərəfəsi videonun gündəmə gətirilməsi də təsadüfi deyil. Burada qeyri-adi heç nə yoxdur. Təbiət, canlılar qorunmalıdır”.

Şərhlər
  • Akif

    Senin qezeleni

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar