Xocalı Rayon Məhkəməsinə hakim və sədr təyin edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.