Beynəlxalq Elm və Texnologiya Universiteti tərəfindən tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Baxşəliyevaya fəxri doktor adı verilib.
Bakupost.az xəbər verir ki, diplom rəsmi mərasim zamanı universitetin rektoru professor doktor Erdal Dursun və rektor müşaviri professor doktor Bəxtiyar Nəcəfov tərəfindən təqdim olunub.
Beynəlxalq Elm və Texnologiya Universiteti dünyanın fiziki məhdudiyyətli şəxslər üçün yaradılmış ilk ali təhsil müəssisəsi olmaqla yanaşı, 10 beynəlxalq akreditasiyaya malikdir. Universitet təhsil, elmi araşdırma və inklüziv cəmiyyətin qurulması sahəsində mühüm fəaliyyət göstərir.
Mən çox təəccüb və təəssüf edirəm ki, qışqıra-qışqıra, çığıra-çığıra veriliş aparan həmən bu Xoşqədəm, belə bir yerin "Fəxri Doktoru" seçilib. Dağıl ay dünya...