Ru
21:02 / 30 Mart 2024

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul - Şərtlər açıqlandı

1330
Milli Müdafiə Universiteti cari ilin 1-30 aprel tarixlərində tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elan edir.

Bu barədə Bakupost.az-a Müdafiə Nazirliyindən bildirilib.

Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb.

Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər:

Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları

Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları

Hərbi liseylərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə 2024/2025-cü tədris ili üçün qəbul qaydaları

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb, Stomatologiya, İctimai səhiyyə və Əczaçılıq ixtisasları üzrə 2024/2025-cü tədris ili üçün qəbul qaydaları

Sənəd qəbulu mərkəzlərinin ünvanları aşağıdakı kimidir:

Bakı şəhəri üzrə:

- Heydər Əliyev adına Hərbi İnstitut (Ünvan: Xətai rayonu, Polad Həşimov küçəsi 9)
- Cəmşid Naxçıvanski adına Hərbi Lisey (Ünvan: Xətai rayonu, Polad Həşimov küçəsi 1)
- Hərbi Tibb Fakültəsi (Ünvan: Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3)

Sumqayıt şəhəri üzrə:
- Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb (Ünvan: Sumqayıt şəhəri, 2-ci mirkorayon, H.Əliyev prospekti 345)
- Abşeron rayonu üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Xırdalan şəhəri, M. Rəsulzadə küçəsi 7)

Gəncə şəhəri üzrə:

- Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəb (Ünvan: Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 2)

- Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb (Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi 79).

Lənkəran şəhəri üzrə:

- Lənkəran şəhər 1 saylı tam orta məktəb (Ünvan: Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsi 6)

Cəlilabad şəhəri üzrə:

- Cəlilabad rayon üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 1)

Mingəçevir şəhəri üzrə:
- Mingəçevir şəhər, N. Ahangari adına 13 saylı tam orta məktəb (Ünvan: Mingəçevir şəhəri, Ərəsş küçəsi 4)

Beyləqan şəhəri üzrə:

- Beyləqan rayonu üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 12)

Bərdə şəhəri üzrə:

- Qarabağ Regional Təhsil İdarəsinin inzibati binası (Ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti 1)

Qazax şəhəri üzrə:
- Qazax şəhər, M.Hüseyn adına məktəb-lisey (Ünvan: Qazax şəhəri, H.Əliyev prospekti 150)

Quba şəhəri üzrə:

- Quba şəhər, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey (Ünvan: Quba şəhəri, Əliqulu Nərimanov küçəsi)
Qəbələ şəhəri üzrə:

- Qəbələ rayon üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti 40)

Şirvan şəhəri üzrə:

- Şirvan şəhəri üzə təhsil sektoru inzibati binası (Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10)

Naxçıvan MR üzrə:

- Heydər Əliyev adına Hərbi Lisey (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 12).
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər