Ru
17:07 / 27 May 2025

Yaponiyada fəlakət gözlənilir? -Turlardan kütləvi imtina

Yaponiyada fəlakət gözlənilir? -Turlardan kütləvi imtina
Eye

Yapon komiksində – manqada yer alan bir proqnoz Yaponiyaya səyahət etməyi planlaşdıran turistləri qorxudub.

Bakupost.az "The Guardian"a istinadən xəbər verir ki, tur rezervasiyaları 50% azalıb.

Ryo Tatsukinin 1999-cu ildə nəşr olunan “Gördüyüm gələcək” adlı manqasında 2011-ci ilin mart ayında Yaponiyada baş verəcək bir fəlakət öncədən təsvir olunmuşdu. Həqiqətən də həmin vaxt Tohoku regionunda güclü zəlzələ baş verdi və 20 mindən çox insan həlak oldu.

Dörd il əvvəl bu komiks tam versiyada yenidən nəşr olundu və orada 2025-ci ilin iyulunda baş verəcək böyük bir fəlakətdən bəhs olunur. Bu səbəbdən xarici turistlər Yaponiyaya olan turlarını kütləvi şəkildə ləğv edirlər.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar