Ru
17:56 / 07 İyun 2024

“Yaşı 60-ı keçən qadınlar həm işləsin, həm də pensiya alsın" - Təklif

1580

Azərbaycanda 2024-cü il üzrə pensiya yaşı dəyişir. Belə ki, 30 iyun 2024-cü ilədək ölkədə kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 63 il 6 ay olacaq.



Bakupost.az -a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu qadınların pensiya yaşının artırılmasının həm mənfi, həm də müsbət tərəfləri olduğunu bildirdi:

O qeyd edib ki, bir tərəfdən qadınların pensiya yaşının artırılmasını düzgün hesab etmir:

"Amma belə bir tendensiya yaranıb ki, qadınlar 60 yaşdan sonra yenə işləmək istəyir. Mən təklif edərdim ki, pensiya yaşını artırmaqla bərabər, qadınların 60 yaşdan sonra həm işləməsinə icazə versinlər, həm də onlar pensiya alsınlar. Məsələn, mənim özümün də az yaşım yoxdur və qeyri-hökumət təşkilatında da olsa, işləyirəm”.

N.Cəfəroğlu gənclərimizin də işlə təmin olunması məsələsini gündəmə gətirib:

“Burda başqa məqam ondan ibarətdir ki, gənclər ordusu var və onları işlə təmin etmək lazımdır. Bu gün gəncləri işğaldan azad edilən rayonlarımıza göndərib mənzillə, işlə təmin etmək olar. Həmçinin universitetlərin də regionlara köçürülməsinin tərəfdarıyam. Ali təhsil almaq istəməyən qız və oğlanları isə peşə məktəblərinə yönləndirmək lazımdır. Biz müharibədən çıxmış bir dövlətik, çətinliklər var, amma zamanla hər şey qaydasına düşəcək”.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər