Ru
12:17 / 03 May 2024

Yaşlı qadın boynu və 3 barmağı kəsilmiş vəziyyətdə tapıldı - Qan donduran qətl

18491
Antalyada 59 yaşlı Pakistan vətəndaşı Aşfaq Əhməd Qureşi evinin mətbəxində boynu və 3 barmağı kəsilmiş halda ölü tapılıb.

Bakupost.az türk mediasına istinadla xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində Ahatlı rayonu, 3188 küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib. Pakistan əsilli ingilis dili müəllimi oğul A.A.Q. 112 Təcili Zəng Mərkəzinə zəng edərək bildirib ki, evə gələndə birlikdə yaşadığı anası Aşfaq Əhməd Qureşini mətbəxdə qanlar içində görüb və kömək istəyib.

Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib. Gələn həkim qrupu Aşfaq Əhməd Qureşinin öldüyünü müəyyən edib.

Araşdırma qrupları Aşfaq Əhməd Qureşinin boynunda və qollarında bıçaq izləri, 3 barmağının isə kəsildiyini müəyyən edib. Hadisə yeri araşdırma qrupu evin mətbəxindən və eyvan qapısından barmaq izi nümunələri götürüb.

Cinəyətdə şübhəli binlinən oğul A.A.Q. saxlanılıb və polis bölməsinə aparıb. Aşfaq Əhməd Qureşinin cənazəsi yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər