Ru
15:45 / 17 Yanvar 2023

Yeni fövqəladə hallar naziri kimdir? - Dosye

2657
Xəbər verdiyimiz kimi, polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yeni nazir 1968-ci ildə Naxçıvanda anadan olub. Ş.Mirzəyev bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib.

Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər