Ru
07:10 / 26 May 2025

Zabratda dəhşətli qatar faciəsi - Məktəbli can verdi - VİDEO

Zabratda dəhşətli qatar faciəsi - Məktəbli can verdi - VİDEO
Eye

Ötən gün Zabrat-2 stansiyasında 15 yaşlı yeniyetmə Nemət Hacıyev hərəkətdə olan qatarın qarşısına qəflətən çıxıb.

Bakupost.az -n məlumatına görə, bədbəxt hadisədən sonra yeniyetmə vəfat edib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Məlumata görə, sözügedən ərazidəki yolüstü keçidin lifti işləmədiyi üçün vətəndaşlar relslərin üzərindən keçirlər. Hətta, onlar “rahatlığ”a görə təhlükəsizlik məqsədilə yerləşdirilən dəmir qoruyuculardan özlərinə yol da açıblar.

Sakinlər deyir ki, ərazidə əvvəllər də belə hadisələr baş verib.

Yeniyetmənin ölümü ilə bağlı səslənən başqa bir iddia isə, hadisə zamanı onun qulaqlıqdan istifadə etməsidir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan dəmiryolları QSC bir daha vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar